Çində güclü zəlzələ oldu

7 Aprel 2024 13:40

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 102 min nəfərin yaşadığı Çinin Kuça qraflığından 58 km şimal-qərbdə, 24 km dərinlikdə yerləşir.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun