Putin onu təltif etdi

7 Aprel 2024 12:31

Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasının sədri Valentina Matvienkonu təltif edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi nəşrinin saytında dərc olunub.

Sənəddə deyilir ki, Matvienko "dövlət və xalq qarşısında xüsusi əmək xidmətlərinə görə" Əmək Qəhrəmanı adına layiq görülüb.

Qeyd edək ki, bu gün Valentina Matvienkonun 75 yaşı tamam olur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun