Almaniya limanında Rusiya gəmisi saxlanıldı

7 Aprel 2024 00:18

Almaniyada yerləşən Rostok dəniz limanında "Atlantik Navigator II" gəmisi saxlanılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Norddeutsche Neueste Nachrichten" nəşri məlumat yayıb.

Məlumata görə, bu, AB-nin sanksiyalarını pozan malları daşıyan Rusiya gəmisidir. Gəminin ABŞ-dakı atom elektrik stansiyaları zənginləşdirilmiş uran daşıdığı bildirilir. Gömrük, gəminin səyahətinə davam etməsini qadağan edib. Gəmi üç həftədən artıqdır ki, beynəlxalq limandadır və onu tərk edə bilmir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun