Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
"Tacikistanın mülki pasport sahiblərinin Türkiyəyə səfəri üçün vizasız rejimin ləğvi qərara alınıb", - qərarda bildirilib.
Qeyd edək ki, Tacikistan vətəndaşları Rusiyanın "Crocus City Hall" əyləncə mərkəzindəki terroru törətməkdə ittiham olunurlar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun