Fələstinin BMT-yə qəbulu ilə bağlı iclas nə vaxt olacaq?

6 Aprel 2024 22:34

BMT Təhlükəsizlik Şurası (TŞ) aprelin 8-i bazar ertəsi qapalı iclas keçirəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Maltanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, iclasın mövzusu Fələstinin təşkilata daimi üzv qəbul edilməsi ilə bağlı müraciətinə yenidən baxılması tələbi olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun