İranın Sistan və Bəlucistan əyalətinin iki ayrı əyalətlərə bölünməsi planlaşdırılır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.
Bildirilib ki, Prezident İbrahim Rəisi məsələnin araşdırılması və yerinə yetirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə göstəriş verib.
Qeyd edək ki, hökumət bunu əyalətin inkişafının təmin edilməsi ilə əlaqələndirsə də, bəluclar bunu torpaqlarının parçalanması kimi dəyərləndirirlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun