Energetika nazirinin müavinlərinin sayı artırılıb

6 Aprel 2024 16:25

Energetika nazirinin müavinlərinin sayı artırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"də edilən dəyişiklikdə əksini tapıb.

Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 3-dən 4-ə qaldırılıb.

Milli.Az