İlon Maskdan avqust müjdəsi: “Yeni taksilər...” - FOTO

6 Aprel 2024 14:12

Amerikalı milyarder İlon Mask avqustun 8-də "Tesla" elektromobili əsasında hazırlanmış robotaksi təqdim etməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tesla" avtomobil istehsalçısının sahibi özünün "X" sosial şəbəkə hesabında xəbər verib.

Biznesmen bir neçə ildir ki, layihə haqqında danışır.

Maskın açıqlamasından sonra "Tesla" səhmləri üç faizdən çox artıb.

Qeyd edək ki, "Tesla Motors" şirkəti 2003-cü ildə elektrik avtomobilləri, həmçinin əlaqəli texnologiyaların inkişafetdiricisi və istehsalçısı kimi təsis edilib. Şirkət bundan başqa öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri istehsal edir, onları "Daimler" və "Toyota" kimi digər avtomobil şirkətlərinə satır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun