Bakıda binanın arxasından qadın meyiti tapıldı

6 Aprel 2024 09:59

Bakı şəhəri, Nizami rayonunda evdən qadın meyiti tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gün Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən binalardan birinin arxasında üzərində zorakılıq əlamətləri olmayan naməlum qadın meyiti aşkar olunub.

Hazırda naməlum meyitin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun