Seneqalın keçmiş baş naziri Məhəmməd Bun Abdallah Dion Fransada 65 yaşında xəstəlikdən dünyasını dəyişib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Seneqalın Xəbər Agentliyi məlumat yayıb.
Dion martın 24-dəki seçkilərdə Seneqal prezidentliyinə 19 namizəddən biri olub. Seçki kampaniyası zamanı səhhətində problemlər yaranan siyasətçi müalicə üçün Fransaya gedib.
O, 2014-cü ilin iyulundan 2019-cu ilin mayına qədər hökumətə rəhbərlik edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun