Gəncədə küçələri sel basdı - FOTO

6 Aprel 2024 09:23

Gəncəyə yağan güclü yağış problemlər yaradıb.

Milli.Az APA-ya istinadən bildirir ki, səhər saatlarında yağan leysan yağışından sonra şəhərin bir neçə hissəsindən sel keçib.

Sel şəhər yollarında nəqliyyatın və piyadaların hərəkətində çətinlik yaradıb.

Qeyd edək ki qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun