Belə musiqilər qadağan olundu

6 Aprel 2024 07:52

Çeçenistanda sürətli musiqinin bəstələnməsinə qadağa qoyulub. İndi bütün musiqili, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-116 vuruş tempinə uyğun olmalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan mədəniyyət naziri Musa Dadayev geniş iclasda bildirib.

Nazir bildirib ki, bu qərar qətidir və Çeçenistanın rəhbəri Ramzan Kadırovla razılaşdırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun