Luçesku «Fənərbağça»ya «yox» dedi

22 May 2010 13:12
Milli.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, vaxtilə İstanbul nəhəngləri "Qalatasaray"la "Beşiktaş"a çempionluq qazandırmış Luçesku "Fənərbağça"dan dəvət alsa da, bunu qəbul etməyib. "Hazırda "Şaxtyor" haqda düşünür və "Fənərbağça"da işləməyi planlaşdırmıram", - deyə rumıniyalı mütəxəssis qeyd edib.

Xatırladaq ki, Türkiyə çempionu olmaq şansını son turda əldən vermiş "Fənər" alman məşqçi Kristof Daumla yolları ayırmaq qərarına gəlib.
 
Milli.Az