"iPhone" üçün sevgilisini öldürdü
8 İyun 2012 15:06
Milli.Az "Hspanically Speaking News"a istinadən bildirir ki, Nyu-Yorkun Bronks səmtində baş vermiş hadisənin səbəbi "iPhone" yerə düşüb sınandan sonra Diasla Herrandesin davalaşması olub.
Hernandesin evinin qarşısındakı mübahisədən sonra sərxoş Dias "Jeep" markalı aıtomobilinə minib və maşını sürətlə yerindən tərpədərək sevgilisinin üstünə sürüb.
Maşının vurduğu Hernandes yerindəcə keçinib.
Hernandesin anası Ayris Ernandes səs-küyə evdən çıxanda oğlunu yerdə ölü görüb.
Jasmin Dias həbs olunub. O, qəsdən adam öldürməkdə suçlanır.
Milli.Az