Türkiyədə bələdiyyə sədri atəş açdı, başına dərd oldu - VİDEO

5 Aprel 2024 20:06

Türkiyənin İsparta şəhərinin Kuleönü qəsəbəsində AKP-dən bələdiyyə sədri seçilən Nuri Ərdoğan zəfərini havaya atəş açaraq qeyd edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, seçkilərin nəticələri açıqlandıqdan sonra Ərdoğan qəsəbədə toplaşan tərəfdarlarının yanına gələrək bir neçə dəfə havaya atəş açıb. Ərdoğanın qələbəsini qeyd etməsi bir vətəndaş tərəfindən kameraya çəkilib.

İsparta prokurorluğu, sözügedən hadisə ilə əlaqədar istintaq başladıldığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun