Terrorla bağlı 11-ci şəxs həbs edildi

5 Aprel 2024 19:37

Moskvanın Basmannı məhkəməsi "Crocus Hall"da terror aktı ilə bağlı iş üzrə 11-ci müttəhim Məhəmməd Zoir Şaripzodanı həbs edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tacikistan vətəndaşı olan Şaripzoda terror aktı törətməkdə ittiham olunur.

Xatırladaq ki, martın 22-də axşam saatlarında "Crocus City Hall" binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun