Arda Gülərə növbəti "elçi", bu komandaya gedir?

5 Aprel 2024 17:52

Zədələri ilə mübarizə aparan, daha sonra ötən yay "Real"a transfer olunduqdan sonra oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Gülər ​​üçün transfer söz-söhbətləri yayılmaqda davam edir.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, "kral klubu"nda oynamaq imkanı olmayan Arda ​​"Sevilya"ya icarəyə göndərilə bilər.

19 yaşlı futbolçunun "Real"da ehiyat oyunçular skamyasında qalaraq karyerasının kəsilməsini istəmədiyi və başqa La Liqa komandasına icarəyə getməyi xoş qarşılayacağı iddia edilir. 

Arda indiyədək paytaxt klubunun heyətində 7 matçda iştirak edib və cəmi 98 dəqiqə meydanda olub. Gənc futbolçu bu müddətdə 1 dəfə fərqlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun