Bakıda məktəbli öldü - FOTO

5 Aprel 2024 17:29

Bakıda daha bir məktəbli vəfat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Quliyev Çingiz Səbuhi oğlu xəstəxanada dünyasını dəyişib.

Bildirilib ki, martın 27-də yüksək temperaturla Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Bir neçə gün davam edən müalicəyə baxmayaraq, Ç. Ş. Quliyev vəfat edib.

Allah rəhmət eləsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun