Erməni əsgər Azərbaycanla sərhəddə minaya düşdü

5 Aprel 2024 11:41

Ermənistan ordusunun hərbçisi Azərbaycanla sərhəd Tavuş vilayətində minaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə gecə olub.

Yaralı hərbçi İcevan xəstəxanasına çatdırılıb.

Onun hər iki ayağının amputasiya edildiyi bildirilir. Hərbçinin əməliyyatdan sonra "Muratsan" mərkəzi klinik hospitala yerləşdirildiyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun