İstanbulda silahlı hücum olub, ölən var - FOTO

5 Aprel 2024 09:14

Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda baş vermiş silahlı hücumda bir nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, zərərçəkmiş avtomobilindən enərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Qurban hadisə yerində keçinib.

Ekspertiza qrupu ərazidə çoxlu mərmi gilizləri aşkar edib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun