İran sərhədçiləri ilə Taliban toqquşdu

4 Aprel 2024 22:57

Əfqanıstanın cənub-qərbindəki Nimruz vilayətində Taliban tərəfdarları ilə İran sərhədçiləri arasında toqquşma olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Taliban iranlı sərhədçilərdən birini də saxlayıb.

Taliban hərəkatının nümayəndələri və İran hakimiyyəti toqquşmalarla bağlı məlumatı hələlik şərh etməyiblər.

Qeyd edək ki, bu gün "Ceyş əl-Ədl" silahlı qruplaşmasının polis binasına hücumu böyük qarşıdurmaya səbəb olmuşdu.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun