Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşdü - FOTO

4 Aprel 2024 18:48

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" platformasında bildirib.

"Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz baş tutdu.

Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq", - Ceyhun Bayramov vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun