Rusiya ilə sərhədi bağlı saxlamağa qərar verdilər

4 Aprel 2024 18:25

Finlandiya Rusiya ilə sərhədlərin bağlı qalmasını qeyri-müəyyən müddətə qədər uzatmaq barədə qərar qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiya hakimiyyətinə istinadən "Bloomberg" agentliyi yayıb. 

"Finlandiya Rusiya ilə sərhədi növbəti bildirişə qədər bağlı saxlayacaq", - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, 2023-cü il noyabrın 22-də Finlandiyanın Baş naziri Petteri Orpo bildirib ki, ölkəsi Rusiya ilə sərhəddə biri istisna olmaqla, bütün nəzarət-keçid məntəqələrini bağlayacaq. Buna səbəb qanunsuz miqrant axını ilə bağlı vəziyyətin pisləşməsi olub. Cari ilin fevralında isə Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanmasını aprelin 14-nə qədər uzatmaq barədə qərar qəbul edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun