“Crocus City Hall”dakı terrora görə daha 3 nəfər saxlanıldı

4 Aprel 2024 17:35

Rusiya Federal Təhlükəsizlik Xidməti "Crocus City Hall" konsert salonuna hücumla bağlı iki xarici ölkə vətəndaşı və bir Rusiya Federasiyası vətəndaşını saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə FTX məlumat yayıb.

Bildirilib ki, Moskva, Yekaterinburq və Omsk şəhərlərində "Crocus City Hall" konsert salonuna hücumda iştirak edən terrorçuların maliyyələşdirilməsi və cəlb edilməsində iştirak edən iki xarici ölkə vətəndaşı və bir Rusiya Federasiyası vətəndaşı saxlanılıb.

Qeyd olunub ki, saxlanılanlardan ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər, üçüncüsü isə terror aktının ortaqlarının "verbovka" edilməsinə və onu törədənlərin maliyyələşdirilməsində birbaşa iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun