Endryu Parsons İlham Əliyevə təbrik məktubu ünvanladı

4 Aprel 2024 16:03

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizin müdrik liderliyiniz və hökumətinizin paraidman təşəbbüslərinə fəal sərmayə qoyması ilə Azərbaycan Respublikası Paralimpiya Hərəkatında köklü dəyişikliklərə nail olub.

Bir daha Sizə səmimi təbriklərimi çatdırır və paraidman növlərinin daha da inkişafı üçün birgə səylərimizin davam edəcəyinə əmin olduğumu bildirirəm".

Milli.Az