Türkiyə yenidən SİLKƏLƏNDİ

4 Aprel 2024 13:46

Türkiyənin Muğla vilayətində yenidən zəlzələ olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Datça rayonunda baş verən zəlzələ Rixter şkalası ilə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.

Yeraltı təkanlar yerin 30.9 kilometr dərinliyində baş verib.

İtki və dağıntılar haqqında hələki məlumat yoxdur. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun