Deni Sassu-Nqesso: Azərbaycanın bərpaolunan enerji sahəsindəki zəngin təcrübəsindən yararlana bilərik

4 Aprel 2024 13:09

Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşdə deyib.

"Bir daha qeyd etmək istərdim ki, bərpaolunan enerji sahəsində də bizim çox böyük potensialımız var, bütün ilboyu Günəşimiz var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana bilərik", - deyə o əlavə edib.

Milli.Az