Azərbaycan Rusiyanın etibarlı müttəfiqidir

4 Aprel 2024 12:34

Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşı, yaxşı qonşusu və etibarlı müttəfiqidir.

İki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.

"Dövlətlər arasında qarşılıqlı fəaliyyətin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir", - Rusiyanın Azərbaycandakı səfirliyinin ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü münasibətilə yaydığı bəyanatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun