Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - FOTO

4 Aprel 2024 12:18

Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov "Neftçi"nin futbolçusu Qara Qarayevə dəstək olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, öz instaqram hesabında futbolçunun fotosunu "Huge respect" başlığı ilə paylaşıb.

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutmuş "Neftçi"- "Qarabağ" derbisindən sonra Ağdam təmsilçisinin azarkeşləri Qara Qarayevi təhqir etmişdi. 

Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevi paylaşaraq ona dəstək nümayiş etdiriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun