Ukraynada NATO bazaları peyda olarsa, hədəfimiz olacaq

4 Aprel 2024 10:26

Əgər NATO bazaları Ukrayna ərazisində peyda olarsa, onlar Rusiyanın qanuni hədəfinə çevriləcək.

"Report" xəbər verir ki, bunu yerli KİV-ə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

"Bu bazalar yanacaq. Orada (Ukrayna ərazisində) artıq Yavorovski poliqonu var idi. Həmin poliqonda NATO Ukrayna hərbçilərinə təlim keçirdi. Oranın aqibəti məlumdur. Bu, tamamilə qanuni hədəfdir", - diplomat vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun