Çində güclü zəlzələ oldu

4 Aprel 2024 09:10

Çində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri təxminən 186 min insanın yaşadığı Dunhuan şəhərindən 370 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun