Kürdəmirdə “KamAZ” beton səkiyə çırpılıb, sürücü xəsarət alıb - FOTOlar

4 Aprel 2024 08:06

Kürdəmir rayonunda "KamAZ" yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də, rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşınının sürücüsü, Zəngilan rayon sakini, 51 yaşlı Abdullayev Seymur Sahib oğlu Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq beton səkiyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan yük də yola dağılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü təcili tibbi yardım avtomobili ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda fakt araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun