İsveçrədə helikopter dağın zirvəsinı çırpıldı

4 Aprel 2024 06:50

İsveçrənin cənubunda bələdçi və turistləri daşıyan helikopter qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Vale kantonunun polis idarəsi məlumat yayıb.

Bildirilir ki, təxminən 3700 metr yüksəklikdə zirvəyə çırpılan helikopter qərb yamacına doğru sürüşüb. Qəzada yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb. Digər 3 nəfər isə hadisə yerində həyatını itirib.

Qeyd edək ki, bu ərazidə aprelin birində baş verən qar uçqununda 3 nəfər həlak olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun