Krım körpüsü bu tarixdə vurulacaq? - Kəşfiyyat

4 Aprel 2024 00:22

Krım körpüsü hərbi hədəfdir və sıradan çıxarılmalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov "Quardian"da Krım körpüsünün 2024-cü ilin birinci yarısında dağıdılacağı ilə bağlı xəbəri şərh edərkən bildirib.

"Anonim məlumatlara şərh vermək həmişə məqsədəuyğun deyil", - Yusov vurğulayıb.

Onun sözlərinə görə, KİV-də Krım körpüsünü dağıtmaq niyyəti ilə bağlı məlumatlar heç bir zərər verə bilməz və rusları onu daha da intensiv qorumağa məcbur edə bilməz.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun