Blinken Parisdən Brüsselə niyə maşınla gedib?

4 Aprel 2024 00:36

ABŞ Dövlət katibi Entoni Blinkenin Fransaya uçduğu Boinq-737 təyyarəsi xarab olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" nəşri yazıb.

Təyyarədə texniki nasazlığın olduğu bildirilib.

Qeyd olunub ki, təyyarə xarab olduğu üçün Blinken Parisdən NATO-nun Brüsseldəki qərargahına avtomobillə gedib. Parislə Brüssel arasında təxminən 300 km məsafə var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun