Hindistanda zavodda reaktor partladı - ölənlər var

3 Aprel 2024 19:13

Hindistanın cənubundakı Telanqana əyalətindəki kimya zavodunda güclü reaktor partlayışı baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, azı 5 nəfər həlak olub, daha 8-10 nəfər dağıntılar altında qalıb.

Bildirilib ki, partlayış zamanı binada 50-yə yaxın insan olub.

Stansiyada daha bir reaktorun partlaya biləcəyi ilə bağlı qorxular var. Yaxınlıqdakı ərazilərdən insanların təxliyəsinə başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun