Futbol yarışı zamanı insanları ildırım vurdu: Ölənlər və yaralananlar var

3 Aprel 2024 20:17

Yaponiyanın Miyadzaki şəhərində Sangyo-keyey Universitetinin ərazisinə ildırım düşməsi nəticəsində iki tələbə ölüb, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə təhsil müəssisəsinin stadionunda tələbələr arasında futbol yarışı keçirilən zaman baş verib.

"Hadisə yerinə gələn yanğınsöndürənlər zərərçəkənləri xəstəxanaya çatdırıblar, iki nəfərin ürəyi dayanıb", - deyə məlumatda bildirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun