Konqo Prezidenti Azərbaycandadır

3 Aprel 2024 16:51

Konqo Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycana rəsmi səfərə gəlib.

Milli.Az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Deni Sassu-Nqessonu Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun