Qarabağdan 2 nəfər Ermənistana köçürülüb

3 Aprel 2024 16:32

Qarabağdan 2 nəfər Ermənistana köçürülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi, neytral humanitar təşkilat olaraq 29 mart tarixində, 2 nəfərin öz xahişi və aidiyyəti qurumların razılığı ilə Qarabağdan Ermənistana köçürülməsinə dəstək verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun