“İndi soyunursa, ona ağıllı insan kimi baxmıram” - Xəlilova Tünzaləyə söz atdı?

3 Aprel 2024 16:36

Modelyer Gülnarə Xəlilova açıqlaması ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, RTV-nin "Onunla açıq söhbət" proqramında qonaq olan sənətçi açıq-saçıq geyinən insanlardan söz açıb.

O, bu addımı sonradan atanları tənqid edib:

"Zamanında açıq geyinməyib indi soyunursa, ona ağıllı insan kimi baxmıram. Çünki ağıllı insan olsa, qazandığı hörməti, sevgini, uşaqlıda, gənclikdə etmək istəyib, edə bilmədiyi hərəkətlərlə gözdən salmaz. Nə yazıq o insana... Biz yaşa dolduqca, daha da kamilləşməliyik. Biz tanınan simalar insanlara daha gözəl mesajlar ötürməliyik. Nümunə olmağı bacarmalıyıq. Nümunə olmaqdan çıxırıqsa, "təki mənim pulum gəlsin, geyinim, alım gəzim" deyiriksə... Özünə hörmət edən insanları sevirəm. İllər keçir, yaş üstə yaş gəlir, öz statusunu qoruyub saxlayırsan. Bu, mənim üçün önəmlidir. Sən hara istəsən yüksələ bilərsən, amma bir anın içində oradan aşağı düşərsən. Hər zaman hər cür geyimə uyğun olan bədən görünüşüm olub. Bu günə qədər qazandığım statusumu, hörmətimi hansısa bəzək, geyim nədir ki, ona görə heç edim?".

Sosial media izləyiciləri isə Xəlilovanın bu sözləri bir zamanlar rəfiqə olduğu Xalq artisti Tünzalə Ağayeva haqda olduğunu yazıblar. Şərhlərdən sonra OLAY nəzər yetirib ki, modelyer və müğənni instaqramda bir-birini artıq izləmədən çıxarıb.

Tərzində radikal dəyişikliyə imza atıb, əvvəlki görünüşünü geri plana atan Ağayeva isə uzun müddətdir ki, keçmiş rəfiqəsinin libaslarına müraciət etmir.

Qeyd edək ki, T.Ağayeva sənətə yeni gəldiyi dönəmlərdə modelyer Zümrüd Mirzəliyeva ilə çalışıb. Onun məşhur başında çalma olan imicinin müəllifi də Zümrüddür. 

Lakin sonralar istər layihələri, istər iş prinsipi ilə daha ciddi bir platformada fəaliyyət göstərən sənətçi Gülnarə Xəlilova ilə iş birliyinə başlayıb.

Onun geyimlərinin tanınmasında müstəsna rol oynayan Ağayevanın imicinin dəyişməsi, rəfiqəsi ilə münasibətlərinin də soyumasına gətirib çıxarıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun