Türkiyədə iki avtobus toqquşdu: Hərbçilər yaralanıblar

3 Aprel 2024 15:07

Türkiyənin Tekirdağ əyalətində işçiləri daşıyan servis maşını ilə hərbçiləri daşıyan avtobus toqquşub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Ergene rayonunda baş verən qəza nəticəsində 16 nəfər yaralanıb. Onlardan beşinin hərbçi olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları, xilasedicilər və polislər cəlb olunublar.

Qeyd edək ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun