"Açıqlama verməyim qadağandır, çünki..." - Çinarə “Galatasaray”ın futbolçusu ilə nişanlanıb?

3 Aprel 2024 14:50

Müğənni Çinarə Məlikzadənin "Galatasaray"ın futbolçusu ilə nişanlandığı iddia olunub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "Rəngarəng səhər" verilişində danışılıb. 

Aparıcı Zaur Nəbioğlu qonağı olan Məlikzadəyə "Redaktorumuz deyir ki, Çinarə "Galatasaray"ın futbolçusu ilə nişanlanıb. Düzdür?" sualını verib.

Müğənni isə gülərək "Bunu sizə kim deyib? Nə təsdiq edirəm, nə də inkar. Çünki ürəyim belə istəyir. Açıqlama verməyim qadağandır", - Ç.Məlikzadə bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun