Hava limanlarında VİP-dən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişdi

3 Aprel 2024 12:44

Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısında dəyişiklik edilib.

Milli.Az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu siyahıya Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini daxil edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun