Dünyanın ən yaşlı kişisi vəfat etdi

3 Aprel 2024 13:31

Dünyanın ən yaşlı kişisi, Venesuela sakini Xuan Visente Peres Mora 115 yaşının tamam olmasına az qalmış vəfat edib.

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, ölkə Prezidenti Nikolas Maduro onun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Peres Mora 27 may 1909-cu ildə Venesuelanın El Kobre şəhərində on uşağın doqquzuncusu olaraq anadan olub. Özünün 11 övladı var.

Ən yaşlı kişi 114 il 339 gün yaşayıb. O, 115 illik yubileyinə az qalmış tənəffüs yollarında yaranan ağırlaşma səbəbindən vəfat edib. 

2022-ci ilin fevralın əvvəlində Mora dünyanın ən yaşlı kişisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. O, həmin vaxt 112 yaş 253 günlük idi. Bununla da o, 112 yaşında dünyasını dəyişən ispan Saturnino de la Fuente Qarsiyanı qabaqlayıb. Perez Mora uzunömürlülüyünü daimi iş, düzgün istirahət, erkən yuxu və gündəlik bir stəkan brendi ilə (brendi - şərabın distillə edilməsi ilə əldə edilən içkidir - red.) əlaqələndirib. O, yaxşı yeyib, dua edib, su içib və tez yatıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun