Rəng tələbi bu taksilərə şamil edilmir

3 Aprel 2024 12:33

"1 iyul 2024-cü ildən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır".

Bu barədə Mllli.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Rəsmi məlumata görə, bu tələb 1 iyul 2024-cü ilədək müraciət edənlərə tətbiq edilmir.

Nümunə: Avtomobiliniz 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət etmisinizsə, 3 illik icazə alacaqsınız. Bu halda rəng tələbi tətbiq edilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun