«iPhone» istehsalçılarının müəmmalı ölümü davam edir
22 May 2010 14:01
"Sinhua" agentliyinin məlumatına görə, bu mistik hadisə hər kəsi heyrətə salıb. Məsələ ondadır ki, sonuncu dəfə mayın 21-də qeydə alınmış intihar özündən əvvəlkilərlə heç nə ilə fərqlənmir. Şirkətin 11 əməkdaşının hamısı özlərini evin damından ataraq intihar ediblər.
Baş verənlərlə bağlı araşdırmaya başlanılıb. İntiharların səbəbi bilinmir.
Milli.Az