İsrail səfirliklərinə hücum üçün Azərbaycanı HƏDƏF GÖSTƏRDİ - FOTO

3 Aprel 2024 11:18

İranlı jurnalist İsrail səfirliklərinə hücum üçün Azərbaycanı göstərib.

Milli.Az bildirir ki, İran dövlət teleradio təşkilatına bağlı "Gənc jurnalistlər klubu" informasiya agentliyinin keçmiş əməkdaşı Əhməd Qəsri "X" hesabında iki şəkil paylaşaraq yazıb:

"Sağdakı şəkil İsrailin Azərbaycandakı səfirliyinin, soldakı isə Bəhreyndəki səfirliyinin şəklidir. Bunlar yalnız iki nümunədir. Seçim çoxdur, sadəcə seçmək kifayətdir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun