Röyanın Moskvada təxirə düşən konserti bu tarixdə olacaq - VİDEO

3 Aprel 2024 18:04

Martın 22-də Moskvada "Crocus City Hall"da baş verən dəhşətli terror hadisəsinə görə konserti təxirə düşən Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında videoaçıqlama yayıb. 

Röyanın təxirə düşən konserti ilə bağlı açıqlama

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi mayın 16-da yenidən "Vegas City Hall"da pərəştişkarları ilə görüşəcəyini bildirib.   

"Moskva konsertimizin vaxtını mayın 16-na dəyişdik. Yaşananları hamı ilə birgə yaşadıq və hamı da bunu gördü. Mayın 16-sı görüş yerini dəyişmədən sizi gözləyəcəyəm. Görüşmək ümidi ilə sizi öpürəm", - deyə Röya vurğulayıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun