Mələkxanımın bloger qızının toy vaxtı bəlli oldu

3 Aprel 2024 10:30

Xalq artisti Mələkxanım Eyubovanın evində toy olacaq. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndənin qızı Nəzrin ailə qurur. Nəzrin müğənni Mərdan Kazımovla nikah masasına oturacaq. 

Mələkxanımın bloger qızı müğənni ilə nişanlandı - FOTO
Nişanda Mələkxanımın kürəkəni belə oxudu - VİDEO

Cütlüyün toy məclisi aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək.

Nəzrin özü isə gəlinlik geyimləri seçərkən görüntülərini yayımlayıb.

Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun