Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinə start verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, günün yeganə oyununda "Yuventus" "Latsio"nu qəbul edib. Görüş "qoca sinyora"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolları Federiko Kyeza və Duşan Vlahoviç vurub.
Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.
Qeyd edək ki, yarımfinalın digər oyunu aprelin 3-də "Fiorentina" və "Atalanta" komandaları arasında baş tutacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun